"Neftçi" bu gün "Araz-Naxçıvan"la üz-üzə gələcək

"Neftçi" bu gün Misli Premyer Liqasında "Araz-Naxçıvan"la üz-üzə gələcək.

"Neftçi" bu gün Misli Premyer Liqasında "Araz-Naxçıvan"la üz-üzə gələcək.

meqale.com-ın məlumatına görə, XXVIII turun oyunu saat 16:45-də start götürəcək.

"Neftçi Arena"dakı qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək. "Ağ-qaralar" 27 turdan sonra 31 xalla altıncı, qonaqlar 47 xalla üçüncü pillədə qərarlaşıb.

Günün ikinci matçında "Sumqayıt" "Sabah"ı qəbul edəcək. Saat 19:00-da başlayacaq görüşün baş hakimi Tural Qurbanov olacaq. "Gənclik şəhəri" təmsilçisi 28 xalla yeddinci, Bakı klubu 35 xalla beşinci sıradadır.

Misli Premyer Liqası, IV dövrə

XXVIII tur

16:45. "Neftçi" - "Araz-Naxçıvan" Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev VAR: Rəşad Əhmədov AVAR: Teymur Teymurov Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Azər Əsgərov "Neftçi Arena"

19:00. "Sumqayıt" - "Sabah" Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Elçin Məsiyev VAR: Rauf Cabarov AVAR: Akif Əmirəli Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Elgiz Abbasov Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu