“Neftçi”də SÜKUT - VİDEO

"Neftçi" rəhbərliyi azarkeşlərin bazaya hücumuna münasibət bildirməkdən imtina edib.

“Neftçi”də SÜKUT - VİDEO
"Neftçi" rəhbərliyi azarkeşlərin bazaya hücumuna münasibət bildirməkdən imtina edib.

meqale.com xəbər verir ki, Bakı klubunun rəsmiləri  İdman.Biz-in hadisəylə bağlı suallarını cavablandırmaqdan boyun qaçırıblar.

Xoşagəlməz hadisələr Azərbaycan Premyer Liqasının XXV turunun "Neftçi" - "Qarabağ" görüşündən sonra yaşanıb. Paytaxt təmsilçisinin azarkeşləri gecə klubun bazasına hücum ediblər.

"Qarabağ"a 1:4 hesablı məğlubiyyət və uğursuz nəticələrdən narazı olan fanatlar bazaya fakel atıblar. Onlar klubun hazırkı durumu ilə bağlı rəhbərlikdən açıqlama tələb ediblər. Azarkeşlər nəticələr düzəlməyəcəyi təqdirdə daha ciddi addımlar atacaqlarını bildiriblər.