"Neftçi"nin futbolçusuna İspaniyanın 2 klubundan TƏKLİF

Millinin və "Neftçi"nin yarımmüdafiəçisi Eddi İsrafilov yeni təklif alıb.

Millinin və "Neftçi"nin yarımmüdafiəçisi Eddi İsrafilov yeni təklif alıb.

meqale.com sportinfo.az-a istinadən bildirir ki, 2022-ci ilin yanvarında "ağ-qaralar"la 2,5 illik müqavilə imzalayan orta sahə oyunçusuna İspaniyadan dəvət gəlib.

Sequndanın 2 klubu 2016-cı ildən yığmamızın şərəfini qoruyan İsrafilovun xidmətində maraqlıdır.

Eddinin karyerası bu ölkəylə bağlıdır. Öncəki illərdə "Real Mursiya", "Ximnastik", "Qranada", "Eybar" və "Kordoba"nın forması geyinib. Onun son klubu "Albasete" olub.