“Neftçi”nin vitse-prezidenti vəzifəsindən ayrıldı
"Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov vəzifəsindən ayrılıb.
meqale.com xəbər verir ki, Bakı klubu bu barədə feysbuk səhifəsi vasitəsilə paylaşım edib.
Bildirilib ki, vitse-prezident öz istəyi ilə tutduğu postdan azad edilib.
Klub bu illər ərzindəki fəaliyyətinə görə ona təşəkkürünü bildirib:
"Bizimlə çalışdığı 7 il ərzində göstərdiyi xidmətlərə görə Elnur Eyvazova təşəkkür edir və gələcək fəaliyyətində uğurlar diləyirik!"