"Neftçi"nin yeni baş məşqçisinin qarşısına hansı hədəflər qoyulub?
"Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov yeni baş məşqçi Miodroq Bojoviçin təqdimat mərasiminda fikirlərini bölüşüb.
meqale.com Trend-ə istinadən bildirir ki,o, əvvəlcə monteneqrolu mütəxəssisin qarşısına qolyulan hədəfi açıqlayıb:
"Hədəf ölkə kubokunu qazanmaq və minimum ikinci yeri tutmaqdır".
F.Mahmudov Adrian Mutu ilə yolların ayrılmasına da toxunub:
"Qarşılıqlı fikir belə oldu. Mutunun anasını dünyasını dəyişmişdi. Getməmişdən əvvəl onunla müzakirə etdik. Eyni fikrə gəldik ki, yeni baş məşqçi gəlsə, daha yaxşıdır".
O, namizədlər siyahısında yerli baş məşqçinin olmadığını da qeyd edib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun