“Neftçi” növbəti transferini açıqladı
"Neftçi" daha bir futbolçunun keçidini rəsmiləşdirib.
meqale.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Murad Xaçayevlə 2 illik müqavilə imzalanıb.
Donetsk "Şaxtyor"unun yetirməsi olan 27 yaşlı müdafiəçinin sonuncu klubu "Sumqayıt" (2019-2025) olub.
O, Sumqayıt təmsilçisində "Neftçi"nin hazırkı baş məşqçisi Samir Abasovun rəhbərliyi altında da oynayıb.