"Neftçi" Rüfət Abdullazadəni heyətinə qatmaq istəyir

"Səbail"in qış fasiləsində "Erzurumspor"a buraxmadığı yarımmüdafiəçi Rüfət Abdullazadəyə yeni maraq göstərənlərin hamısı Premyer Liqa təmsilçisidir.

Futbolçu ilə "Neftçi", "Sabah" və "Zirə" maraqlanır.

24 yaşlı cinah oyunçusunun hazırkı klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-a qədərdir.

Bu mövsüm 25 görüşdə 5 qol vuran və 4 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşən "Sumqayıt"ın yetirməsinin "Səbail"də qalıb-qalmaması yekun turnir cədvəlindən asılıdır.