“Neftçi” “Turan Tovuz”la bacarmadı

Azərbaycan Premyer Liqasında 18-ci turun oyunları keçirilir.

“Neftçi” “Turan Tovuz”la bacarmadı
Azərbaycan Premyer Liqasında 18-ci turun oyunları keçirilir.

meqale.com xəbər verir ki, ikinci oyun gününün ilk görüşündə "Turan Tovuz" doğma meydanda "Neftçi" üz-üzə gəlib.

Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Günün digər oyunu "Səbail"lə "Zirə" arasında keçiriləcək.

Daha öncə "Kəpəz" - "Sumqayıt" matçında heç-heçə (0:0) qeydə alınıb. "Şamaxı" - "Sabah" və "Qarabağ" - "Araz-Naxçıvan" oyunları isə sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası 18-ci tur 21 dekabr

"Turan Tovuz" - "Neftçi" 1:1 Qollar: Aleks Souza, 54 - Filip Ozobiç, 45. Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev. Tovuz şəhər stadionu, 16:00.