Nəşi tapılan hərbçimizin atası: "Həmişə deyirdi ki, istəyirəm..."

İki il əvvəl Laçında itkin düşən hərbi qulluqçular - Fərid Məmmədov və Firdovsi Abdullayevin meyitləri Kəlbəcərdən tapılıb.

Nəşi tapılan hərbçimizin atası:
İki il əvvəl Laçında itkin düşən hərbi qulluqçular - Fərid Məmmədov və Firdovsi Abdullayevin meyitləri Kəlbəcərdən tapılıb.

Onlar yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüblər.

Nəşi tapılan hər iki hərbçimiz 2003-cü il təvəllüdlüdür.

meqale.com xəbər verir ki, Firdovsi Abdullayevin atası Mais Abdullayev Modern.az-a açıqlamasında bildirib ki, oğlu cümə axşamı günü Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn ediləcək.

O, iki il ərzində oğlunun sağ olduğuna ümidli olduqlarını deyib:

"Bu iki il ərzində oğlumuzun sağ olmasına ümidliydik. Ümumiyyətlə, onun tapılıb bizə təhvil veriləcəyinə inanırdıq. Allah Prezidentimizin canını sağ eləsin! Qurumlara lazımi tapşırıqlarını verdi, nəticədə, uşağımızı tapıb bizə verdilər".

M.Abdullayev oğlunun güləşçi olmaq istədiyini bildirib: