Nəsiman Yaqublu dəfn edildi

13:32

Nəsiman Yaqublu dəfn edildi
13:32

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu Zabrat qəsəbəsindəki qəbirstanlıqda dəfn olunub.

meqale.com APA-ya istinadən bildirir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və yaxınları ilə yanaşı, BDU-nun professor-müəllim heyəti, ictimai xadimlər, tanınmış jurnalistlər və qələm adamları iştirak ediblər.

Qeyd edək ki, Nəsiman Yaqublu avqustun 25-də Cəbrayıl rayonu ərazisində yol qəzasında həlak olub.

Nəsiman Yaqublu uzun illər Azərbaycan Xalq Cümhuriyyəti tarixi və qurucuları barədə tədqiqatlarla məşğul olub.

Allah rəhmət eləsin!

09:18 Professor Nəsiman Yaqublu bu gün Zabrat qəbiristanlığında dəfn olunacaq.

meqale.com bildirir ki, bu barədə apa.az-a mərhumun ailəsindən məlumat verilib.

Qeyd olunub ki, dəfn mərasimi saat 13:00-14:00 üçün nəzərdə tutulub.