Nəsiman Yaqublu vəfat etdi - FOTO
Tarixçi-professor Nəsiman Yaqublu yol qəzasında həlak olub.
meqale.com report.az-a istinadən xəbər verir ki, bu haqda tanınmış yazıçı Vüqar Əhməd məlumat verib.
Qeyd edək ki, Bakı Dövlət Universitetində müəllim işləyən professor Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd idi. O, Zəngilandan seçicilərlə görüşdən qayıdırkən qəzaya düşüb.