Nəsrin Cavadzadə xəstəxanaya düşdü - bir müddət yeriyə bilməyəcək - FOTO
"Sandık kokusu" serialında "Ayça" rolunu canlandıran azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin idman həvəsi onu xəstəxanalıq edib.
meqale.com xəbər verir ki, çəkilişdən sonra aktrisanın həddindən artıq idman etməsi nəticəsində çanaq sümüklərində ödəm yaranıb.
Xəstəxanaya gedən aktrisaya 6 həftə istirahət etmək tövsiyə edilib. Nəsrin 10 gün müddətində çəkilişlərdən uzaq qalıb. Əsas ehtiyacları xaricində gəzə bilməyən aktrisa yoğun fiziki terapiya alıb.