Netanyahu atəşkəs şərtlərini açıqladı

İsrail yalnız girovların azad edilməsi şərti ilə atəşkəs elan edə bilər.

Netanyahu atəşkəs şərtlərini açıqladı
İsrail yalnız girovların azad edilməsi şərti ilə atəşkəs elan edə bilər.

meqale.com teleqraf.com-a istinadən bildirir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu CNN-ə müsahibəsində deyib.

O deyib ki, biz atəşkəs barədə yalnız girovların azad edilməsindən sonra düşünə bilərik. Netanyahu onu da qeyd edib ki, bununla belə, İsrail döyüşdə qısa humanitar fasilələr verməyə hazırdır: "Bir neçə saatlıq, məhdud ərazidə və konkret məqsədlər üçün".