Netanyahu quru əməliyyatından qorxur – Səbəb
İsrail Baş naziri Benyamin Netanyahu ordunun planlarına şübhə ilə yanaşdığı üçün Qəzza zolağında quru əməliyyatının başlanmasını təxirə salmaq istəyir.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Axios" nəşri mənbələrinə istinadla məlumat yayıb.
"O, İsrailin hərbi planlarına bir qədər şübhə ilə yanaşır və daha çox vaxt istəyir", - məlumatda qeyd olunub.
Mənbələr bildirib ki, ABŞ Prezidenti Co Bayden sözügedən əməliyyatı təxirə salmaq istəyən Netanyahuya vaxt qazanmaq istəyir:
"O qorxur ki, Qəzzaya sürətli, impulsiv hücum İsraili HƏMAS-ı məhv etmədən on minlərlə insanın ölümünə səbəb ola biləcək uzunmüddətli, qanlı küçə döyüşünə aparar".