Neymar ağladı - “Hər gün əzab çəkirdim”
Braziliya millisinin və "Əl-Hilal"ın hücumçusu Neymar çarpaz bağın yırtılmasından sonra sağalmasından danışıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, "NR Sports" yutub kanalında fikirlərini bölüşərkən ağlayıb.
"Həyatda ən çox sevdiyim şey futbol oynamaqdır. Oynamadığım üçün hər gün əzab çəkirdim", - futbolçu deyib.
Qeyd edək ki, "Əl-Hilal" Neymarı oktyabrın 21-də "Əl-Ayn" ilə keçiriləcək Asiya Çempionlar Liqası matçı üçün heyətə daxil edib.