Neymar da dəyərdən düşdü

Transfermarkt internet portalı Səudiyyə Ərəbistanı çempionatında çıxış edən futbolçuların bazar qiymətlərini yeniləyib. 

Neymar da dəyərdən düşdü
Transfermarkt internet portalı Səudiyyə Ərəbistanı çempionatında çıxış edən futbolçuların bazar qiymətlərini yeniləyib. 

meqale.com xəbər verir ki, Beləliklə, Əl-Hilalın braziliyalı hücumçusu Neymar yeni qiyməti açıqlanıb.

Yenilənmədən əvvəl 32 yaşlı futbolçunun bazar dəyəri 30 milyon avro idisə, indi iki dəfə azalaraq 15 milyon avroya düşüb.

Xatırladaq ki, Neymar 2023-cü ilin avqustunda "Əl-Hilal"a keçib. Futbolçunun hazırkı klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.  /News24.az