Neymar əməliyyat olunacaq
Braziliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçusu Neymarın ayağındakı ön çarpaz bağı və meniskində yırtıq əmələ gəlib.
meqale.com lente istinadən bildirir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, Neymar 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Uruqvay yığması ilə keçirilən oyunda (0:2) zədələnib.