Nəzarətsiz qalan uşağın başına gələn BƏDBƏXT HADİSƏ - Meyvə bıçağı gözünə... - FOTO
Əlindəki meyvə bıçağı ilə yerə yıxıldı, gözünə batdı.
meqale.com lente istinadən bildirir ki, hadisə Türkiyədə yaşayan Suriyya əsilli ailədə baş verib. Bursada evdə oynayarkən yerə yıxılan 4 yaşlı Mustafa Əl Əlinin gözünə meyvə bıçağı batıb.
Oğlunu yerdə qanlar içində görən ata uşağın gözünə tampon qoyaraq xəstəxanaya aparıb. İlkin müdaxilədən sonra azyaşlının görmə qabiliyyətini itirdiyi müəyyən edilib.