Nicat Abasov yenə məğlub oldu
Kanadanın Toronto şəhərində təşkil olunan şahmat üzrə İddiaçılar Turnirində XII turun oyunları keçirilib.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan şahmatçısı Nicat Abasov Dommaradju Qukeşlə üz-üzə gəlib.
29 yaşlı təmsilçimiz ağ fiqurlarla oynayıb. Təmsilçimiz bu dəfə də məğlubiyyətə üzülüb.
İddiaçılar Turniri XII tur, 18 aprel Hikaru Nakamura - Alireza Firuzca - 1:0 Nicat Abasov - Dommaradju Qukeş - 0:1 Fabiano Karuana - Vidit Santoş Qujrati - 1:0 Yan Nepomnyaşi - Rameşbabu Praqnanandja - 0,5:0,5
Xal durumu: 1. Dommaradju Qukeş (Hindistan), 2. Hikaru Nakamura (ABŞ), Yan Nepomnyaşi (FİDE) - 7,5, 4. Fabiano Karuana (ABŞ) - 7, 5. Rameşbabu Praqnanandja (Hindistan) - 6,5, 6. Vidit Santoş Qujrati (Hindistan) - 5, 7. Alireza Firuzca (Fransa) - 4,5, 8. Nicat Abasov (Azərbaycan) - 3.