Niderland - İngiltərə matçı öncəsi dava - Xəsarət alanlar var
Avro-2024-ün yarımfinal matçından əvvəl Dortmundda niderlandlı azarkeşlər rəqib komandanın azarkeşlərinə hücum ediblər.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "BBC sport" xəbər yayıb.
Hücum nəticəsində beş nəfər xəsarət alıb.
Polisin məlumatına görə, bir qrup Niderland azarkeşi İngiltərə bayraqlarını oğurlamağa cəhd edib.
Hazırda ərazidə polisin iş rejimi gücləndirilib.