Niderland Qırmızı dənizə hərbi gəmi göndərəcək
Niderland Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün missiyaya qoşulacaq və ora freqat göndərəcək.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin saytında məlumat verilir.
Söhbət Niderland Hərbi Dəniz Qüvvələrinin "Zr. Ms. Tromp" freqatından gedir.
Qeyd olunub ki, hava hücumundan müdafiə freqatı gəmilərin dənizdə təhlükəsizliyini və sərbəst keçidini təmin etməyə kömək etməlidir.