Nigerdən çıxan fransalı hərbçilər Çada yönəldilər

Nigeri tərk etməyə başlamış ilk fransalı hərbçilər qonşu Çada yönəliblər.

Nigerdən çıxan fransalı hərbçilər Çada yönəldilər
Nigeri tərk etməyə başlamış ilk fransalı hərbçilər qonşu Çada yönəliblər.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə qiyamçıların qurduğu Milli Vətənin Qurtuluşu Şurasından (MVQŞ) açıqlayıblar.

"Uallamedə (Nigerin qərbi - red.) yerləşmiş qoşunlar bu gün bazadan çıxıblar. Söhbət müdafiə və təhlükəsizlik qüvvələrimizin müşayiəti ilə Çada doğru ilk quru karvanının göndərilməsi əməliyyatından gedir", - MVQŞ-dən bildiriblər.

Bundan başqa, Fransanın 97 xüsusi təyinatlı hərbçisi paytaxt hava limanından üç reyslə havaya qalxıb, həmçinin maddi-texniki təchizat da çıxarılıb. MVQŞ-dən deyiblər ki, Fransa kontingentinin çıxarılmasını "hər iki tərəfin razılaşdırdığı cədvələ" uyğun olaraq davam edəcək.