Niyə əksər yerüstü piyada keçidlərində lift işləmir? - VİDEO
Yerüstü piyada keçidində lift var lakin işləmir.
meqale.com Xəzər TV-yə istinadən bildirir ki, söhbət Paytaxtın Suraxanı rayonu Zığ şosesində quraşdırılan piyada keçdindən gedir.
Liftin işləməməsi daha çox yaşlılara, eləcə də uşaq arabası olan şəxslərə problem yaradır. Belə olan halda isə bəzi piyadalar maşın yoluna çıxaraq digər tərəfə keçirlər.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq.
Qurumdan bildirildi ki, sözügedən ərazidəki piyada keçidi tam istifadəyə verilməyib. Keçid istismara tam hazır olanda lift də işlək vəziyyətdə olacaq.