Niyə köhnə yeni il qeyd edilir? - 13 yanvarla bağlı faktlar
31 dekabrda Yeni ili xüsusi təmtəraqla qeyd edən ölkələrin bir çoxunda bayram ab-havası yanvarın 13-nə kimi davam edir. Hətta bir çoxları evlərdə qurulan yolkaları da "Köhnə Yeni İl" bitəndən sonra sökür.
meqale.com xatırladır ki, "Köhnə Yeni il" Sovet İttifaqı qurulduqdan sonra, ənənələrin saxlanması məqsədilə qeyd olunmağa başlayıb.
Bayram Rusiya ilə yanaşı, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Serbiya, Çernoqoriya, İsveçrə, Azərbaycanda da keçirilir. Serbiya və Çernoqoriyada yeni ili yanvarın 13-ü qarşılamasının səbəbi Rusiyada olduğu kimi, kilsə günlərinin Yuli təqvimi ilə qeyd edilməsidir. Serbiyada bayram Serbiyanın Yeni ili adlandırılır. Makedoniyada, İsveçrənin bir sıra almandilli bölgələrində də bu təqvim qeyd olunur. Yaponiyada isə "rissyun" adlanan köhnə Yeni il baharın gəlişidir. Azərbaycanda köhnə Yeni ili ölkəmizdə yaşayan ruslar qeyd edirlər.