Qusarda məktəbliləri maşın vurdu
Qusarda məktəbliləri avtomobil vurub.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hərəkətdə olan avtomobil 2 saylı orta məktəbin qarşısında yolu keçmək istəyən iki məktəbli qızı vurub.
Hadisə nəticəsində məktəblilər - 2009-cu il təvəllüdlü E.Piriyeva və 2010-cu il təvəllüdlü A.Vəlixanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.