Nizami Rəmzinin qızı reabilitasiyadan sonra ÜZƏ ÇIXDI - VİDEO

Mərhum meyxana ustası, şair Nizami Rəmzinin narkotik asılılığından əziyyət çəkən və səfil həyatı yaşayan qızı Reyhan reabilitasiya mərkəzlərinin birində müalicədən sonra üzə çıxıb.  meqale.com bizim.media-ya istinadən xəbər verir ki, mərhum sənətkarın qızının görüntülərini bloger Nail Kərimli sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  Reyhan səhhəti ilə bağlı bunları dilə gətirib:  "Özümü çox yaxşı hiss edirəm. Sağalmağa doğru addımlar atıram. Bunu özüm də hiss edirəm. Burada yaxşıyam deyib, qapıdan çıxanda başqa şeylər olmasın. Özüm-özümə arzu edirəm ki, buradan çıxdıqdan sonra da danışdıqlarımı sözlər yox, əməlimlə göstərə bilim".  Qeyd edək ki, Nizami Rəmzi 1997-ci ilin yanvarın 19-da məclisə gedərkən dostu və meyxanaçı Kəbir Azəri ilə birgə yol qəzasında 49 yaşında həlak olub. Ekspertizaya görə Nizami Rəmzi sükan arxasında içkili olub. 

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun