Növbəti iki ildə maqnit qasırğaları daha az olacaq
Rusiyalı astronom Günəş aktivliyinin nə vaxt azalmağa başlayacağını bildirib.
meqale.com-ın məlumatına görə, Novosibirsk Dövlət Universitetinin Veqa rəsədxanasının mühəndisi Yeqor Konyaev və onun həmkarları yaxın iki ildə günəşin aktivliyinin azalacağını, bunun da partlayışların və maqnit qasırğalarının sayını azaldacağını proqnozlaşdırırlar.
Konyayevin sözlərinə görə, bu, 11 illik günəş tsiklinin pik aktivliyinin başa çatması ilə bağlıdır.
"Buna görə də yaxın bir və ya iki il ərzində günəş aktivliyinin azalması gözlənilir", - astronom bildirib.