Nura Suri tənqidlərə cavab verdi
"Bir aydınlıq gətirim bəzi dərrakəsiz, qanacaqsızlara. Məşhurlara, ələxsus da müğənnilərə qarşı aqresiyanın kökü paxıllıq və qorxudur. Evdə ərinə, işdə müdirinə, hakimiyyətə deyə bilmədiyini məşhurlara deyir. Arzu edib, əldə etmədiyini məşhurlarda görəndə "elə bil onun arzusunu biz əlindən almışıq kimi" zənn edir".
meqale.com axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi tanınmış simalara tənqid yazan sosial şəbəkə istifadəçilərinə cavab verib:
"Müğənni sənə nə pislik edib, ay zavallı? Müğənni bir mahnını almaq üçün nə qədər pul ödəyir, aranjiman etdirir, klip çəkdirir, geyinib-keçinir. Hansı biriniz gəlib qapısını döyüb mahnılarını sevdiyiniz bir müğənniyə maddi dəstək olmusuz ki, indi də "sizi xalq bu səviyyəyə gətirib" deyirsiniz?