Nyu-Yorkda Heydər Əliyevlə bağlı sənədli film nümayiş etdiriləcək

ABŞ-ın Nyu-York şəhərində çağdaş Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə "İz" adlı sənədli film nümayiş etdiriləcək.

meqale.com report.az-a istinadən xəbər verir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə təqdim olunan filmin premyerası Nyu-Yorkda fəaliyyət göstərən "Türk Evi"ndə baş tutacaq.

Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən təqdim edilən ekran əsərində Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunur.