“O, Alonsoya ilk hədiyyəm olacaq...”
"Liverpul"un baş məşqçisi Arne Slot müdafiəçi Trent Aleksandr-Arnoldun klubdan ayrılması haqda danışıb.
meqale.com xəbər verir ki, "Trent hər halda klubdan ayrılır. Bəlkə də o, Xabi Alonsoya ilk hədiyyəm olacaq... Onun məşqdəki hər dəqiqəsindən tam razı deyildim. Məncə, o, bəzi məqamlarda daha çox şey edə bilərdi. Ona demişəm ki, insanların düşündüyündən qat-qat yaxşı müdafiəçidir, amma bunu həmişə göstərmir", - deyə mütəxəssis bildirib.
Daha əvvəl 26 yaşlı futbolçu mövsümün sonunda İngiltərə klubundan ayrılacağını açıqlamışdı. Trentin "Real"a transfer olunacağı deyilir. Xabi Alonsonun da "kral klubu"nun "sükanı arxası"na keçəcəyi gözlənilir.