"O, mənim dəli olduğumu bilir"

ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib ki, Pekin onun prezidentliyi dövründə "Tayvana daxil olarsa" Vaşinqton Çinə əlavə rüsumlar tətbiq edəcək.

ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib ki, Pekin onun prezidentliyi dövründə "Tayvana daxil olarsa" Vaşinqton Çinə əlavə rüsumlar tətbiq edəcək.

meqale.com publika.az-a istinadən xəbər verir ki, o, bu barədə "The Wall Street Journal"a müsahibəsində bildirib.

"Əgər Tayvana hücum etsəniz, sizə 150-200 faiz gömrük rüsumu tətbiq edəcəyəm", - Tramp qeyd edib.

Dövlət başçısı kimi "Tayvanın blokadasına qarşı hərbi gücdən istifadə edib-etməyəcəyi" ilə bağlı suala isə respublikaçı belə cavab verib:

"O, [Si Cinpin - red.] mənə hörmət etdiyi və dəli olduğumu bildiyi üçün bunu etmək məcburiyyətində qalmayacağam".