O VİDEOdakı hərbçi Azərbaycanın xüsusi təyinatlısı deyil
Sosial şəbəkələrin erməni seqmentində və teleqram kanallarındaTavuş vilayətinin Kirants (Xeyrımlı) kəndi ərazisində azərbaycanlı hərbçinin olduğu haqda iddialar yayılıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, yayılan videoda kənd ərazisində hərbi geyimdə olan bir şəxs görünür. Həmin hərbçinin Azərbaycan xüsusi təyinatlılarının mənsubu olduğu iddia edilib.
Görüntülərlə əlaqədar Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb. Rəsmi məlumatda Kirantsda Azərbaycan xüsusi təyinatlılarının olması barədə yayılanlar təkzib edilib.
Bildirilib ki, videoda yer alan şəxs Ermənistan xüsusi təyinatlı bölmələrinin hərbi qulluqçusudur.