Ödənişli yolda sürət həddi müəyyənləşdi - Radar da quraşdırılacaq
Ənənəvi yola alternativ olaraq yaradılmış ödənişli avtomobil yolunda yeni yol nişanı qoyulub.
meqale.com Avtosfer.az-a istinadən xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolunda maksimal sürət həddi 110 km/saat nişanı quraşdırılıb.
Bundan öncə həm qovşaqlara dönən, həm də giriş-çıxış hissələrində 90 km/saat və 70 km/saat nişanı olsa da, artıq 110 km/saat nişanı da qoyulub. Baxmayaraq ki, magistral yollarda maksimal sürrət həddinin 110 km/saat olduğunu hamı bilir. Amma nişan olmadığı üçün sürücülər bundan sui-istifadə edirdilər.