"Ögey atam mənə daha çox atalıq edib"

"Haqqımda nə yazdıqları vecimə deyil. Amma ailəm, uşaqlarım barədə təhqir yazılanda polisə gedib, ərizə yazıram".

"Haqqımda nə yazdıqları vecimə deyil. Amma ailəm, uşaqlarım barədə təhqir yazılanda polisə gedib, ərizə yazıram".

meqale.com bildirir ki, bunu Baku TV-də yayımlanan "Qapqara" verilişində müğənni Nura Suri deyib.

O, övladlarını bu təhqirlərdən qoruya bilmədiyini söyləyib:

"Uşaqlarımın psixologiyası mənimki kimi deyil. Onları buradan nə qədər uzaq saxlasam, Amerikada yaşatsam da, böyük oğlum yazılanları oxuyur".

Ailə münasibətlərindən də danışan müğənni atasından sevgi görmədiyini qeyd edib:

"Doğma atam bizi sevməyib. Ögey atam mənə daha çox atalıq edib. Atam ögey ana əlində böyüyüb. Ona öyrədilməyən şeyi bizə verə bilməyib".