Ögey qızı tərəfindən bıçaqlanan atanın son durumu AÇIQLANDI - YENİLƏNİB
13:27 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda ögey qızı tərəfindən bıçaqlanan şəxsin vəziyyəti barədə açıqlama verib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1987-ci il təvəllüdlü şəxs 25.12.2023-cü il tarixində saat 23:40 radələrində Sabunçu Tibb Mərkəzinə yerləşdirilib:
"Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub, zəruri tibbi xidmətlər göstərilib. Hazırda Cərrahiyə profilli reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti ağır stabildir".
--------
08:08 Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı ata bıçaqlanıb.
meqale.com APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Albalılıq yaşayış massivi ərazisində 1987-ci il təvəllüdlü Xəlilov Elman Oqtay oğlu qarnın ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Bıçaqlanan şəxsin yaxınları bildirib ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıb.