Oğlaq bürcündən olan deputatlarımız
Əzmkar və çalışqanlıqları ilə bilinən Oğlaqlar həyatda irəliləmək və uğur qazanmaq üçün çox işləyir. Ciddi və məsuliyyətli olan bu bürcün nümayəndələri problemlərə qarşı soyuqqanlı, praktik düşünürlər və reallığı ən yaxşı şəkildə dəyərləndirə bilirlər. Bu bürcün nümayəndələri məqsədlərinə ən tez şəkildə çatmaqda israrlı ola bilirlər.
Oğlaqlar yaxşı təşkilatçıdırlar, planlarını diqqətlə hazırlayır və işləri sistemli şəkildə həyata keçirirlər. Hədəflərinə çatmaq üçün zamanla hərəkət etmələri onlara böyük uğurlar qazandırır.