Oğuzda ağır qəza - xəsarət alanlar var - FOTO
Oğuzda minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Calut kəndi ərazisindən keçən hissəsində baş verib. Oğuz rayon sakinlərinin idarə etdiyi "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub.
Nəticədə avtomobillərdə olan 3 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlardan ikisi rayonun Yaqublu, bir nəfər isə Calut kəndinin sakinləridir.
Xəsarət alanlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.