Okeanda yeni plastik “adalar” yarandı

Mütəxəssislər dünya okeanlarında polimer tullantılarının yeni çirklənmə zonalarının müəyyən edilməsi barədə məlumat veriblər.

Okeanda yeni plastik “adalar” yarandı
Mütəxəssislər dünya okeanlarında polimer tullantılarının yeni çirklənmə zonalarının müəyyən edilməsi barədə məlumat veriblər.

meqale.com oxuya istinadən bildirir ki, tədqiqatın əsas nəticələri "Environmental Science & Technology" (ES&T) jurnalında dərc olunub.

Alimlər beş həftəlik ekspedisiya həyata keçiriblər və bu ekspedisiya zamanı Vankuver, Kanada və Sinqapur arasında Sakit Okeanın şimalındakı səth sularından nümunələr götürüblər.

Onlar qeyd olunan ərazilərdə plastik tullantılarından yeni "adalar" əmələ gəldiyini bildiriblər.

Sakit Okeanın qorunan ərazilərində yüksək konsentrasiyalı plastikin aşkarlanması alimləri şoka salıb və bunun proqnozlaşdırma modellərinin gözləntilərinə zidd olduğu vurğulanıb.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun