Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək
Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

MSK seçkilərdə iştirak etmək üçün siyasi partiyalara lazımi prosedurlara başlamağı tövsiyə edib.

Bildirilib ki, 2020-ci ildə parlament seçkilərində parlamentdə mandat qazanmış siyasi partiyalar MSK-ya ərizə ilə müraciət etməlidirlər.

Digər partiyalar isə iyulun 15-dək imza vərəqələri almalı və topladıqları 25 min imzanı avqustun 1-dək MSK-ya təqdim etməlidirlər.

Builki seçkilər yalnız proporsional sistem üzrə keçiriləcək.

Seçkilərdə iştirak edən siyasi partiyalar parlamentə düşmək üçün 5 faizlik həddi keçməlidir.