Öldü bilib stadionda sükut elan etdilər - sağ imiş...

Bolqarıstan Liqası çərçivəsində keçirilən "Arda" - "Levski Sofiya" matçında keçmiş futbolçu Petko Gançev üçün 1 dəqiqəlik sükut elan edilib. 

Öldü bilib stadionda sükut elan etdilər - sağ imiş...
Bolqarıstan Liqası çərçivəsində keçirilən "Arda" - "Levski Sofiya" matçında keçmiş futbolçu Petko Gançev üçün 1 dəqiqəlik sükut elan edilib. 

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, matçın fasiləsində isə Qançevin ölmədiyi və sağ olduğu məlum olub. 

Bundan sonra "Arda" klubu üzr mesajı yayımlayıb: "Məlumat yanlışdır. Qançev sağdır. Ona sağlam ömür arzulayırıq".

Qeyd edək ki, 79 yaşlı Qançev 5 il "Arda"da çıxış edib və 120-yə yaxın qola imza atıb. Keçmiş futbolçu yerli mətbuata müsahibəsində vəziyyətə münasibətindən danışıb:

"Evə gedəndə telefonuma tez-tez zəng gəldi. Amma mən maşın sürürdüm və telefonu götürməyə imkan etmədim. Evimizin qarşısında maşını saxladım. Arvadım məni göz yaşları içində qarşıladı, dedi ki, Petko, televizorda öldüyünü söylədilər.