Onlara Nobel mükafatı verildi - FOTO
2025-ci il üzrə Fiziologiya və Tibb sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb.
meqale.com xəbər verir ki, bu barədə məlumatı Nobel Komitəsi yayıb.
Bildirilib ki, sözügedən sahə üzrə Nobel mükafatına araşdırmaçılar Mari Brunkov, Fred Ramsdell və Şimon Sakaquçi layiq görülüb.
Onlar mükafatı periferik immun tolerantlığa dair kəşflərə görə qazanıblar.