Onların Bakıdakı "dərziləri" - Danışanların əsl üzü

Gələn ilin fevral ayında prezident seçkilərinin keçirilməsinin elanından sonra ictimaiyyət arasında qəribə vəziyyət yaranıb, bir çoxunda müxtəlif suallar formalaşıb. Əksəriyyət şəxsi seçkilərin niyə vaxtından tez keçirilməsi maraqlandırır. Buna müxtəlif don geyindirənlər də az deyil. Eləcə də müxalif şəxslər mövcud vəziyyəti fürsət bilib bundan öz maraqları üçün istifadə etməyə çalışırlar.

Onların Bakıdakı
Gələn ilin fevral ayında prezident seçkilərinin keçirilməsinin elanından sonra ictimaiyyət arasında qəribə vəziyyət yaranıb, bir çoxunda müxtəlif suallar formalaşıb. Əksəriyyət şəxsi seçkilərin niyə vaxtından tez keçirilməsi maraqlandırır. Buna müxtəlif don geyindirənlər də az deyil. Eləcə də müxalif şəxslər mövcud vəziyyəti fürsət bilib bundan öz maraqları üçün istifadə etməyə çalışırlar.

44 günlük müharibə və ondan sonrakı proseslərin nəticəsi olaraq ərazi bütövlüyümüzün tamamlanmasının Qərb dairələrində narahatlıq yaratdığı heç kimə sirr deyil. Bu müddət ərzində verilən bəyanatlar, qalmaqallı çıxışlar, müxtəlif yollarla qələbəni gözdən salmaq cəhdləri bunun bariz nümunəsidir. Qərb hər zaman olduğu kimi indi də müəyyən şəxsləri satın alaraq onların vasitəsi ilə ölkədə çaxnaşma yaratmağa, mövcud reallıqların əksinə, saxta məlumatlarla hökumət ilə xalq arasındakı bağı zəiflətməyə çalışırlar. Onlar xüsusilə, qələbədən sonra daha da möhkəmlənən xalq-hökumət birliyini zəiflətmək, cəmiyyəti parçalamaq, ölkədə qarşıdurma yaratmaq üçün əllərindən gələni edirlər.

Qərbin sözügedən məqsədini ölkədə həyata keçirmək üçün seçdiyi şəxslərdən biri də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinin rəhbəri Anar Məmmədlidir. Qərbin layihəsi olan bu şəxsin hələ seçki başlamamışdan neqativ ab-hava yaratması və planlanan sonrakı qərəzli hesabatları bunu deməyə əsas verir. Müsahibələrində hər dəfə Azərbaycandakı vəziyyətlə bağlı təhrif olunmuş çıxış edən Anar Məmmədli bu dəfə də ənənəsinə sadiq qalıb.

Bəziləri bu seçkiləri hakimiyyət-müxalifət münasibətlərində iqtidarın özünü güclü göstərmək istəyi kimi təqdim etsələr də, vəziyyət tam başqadır. Növbədənkənar seçkilərlə bağlı müxtəlif versiyalar səslənsə də bunu qeyri-adi qərar kimi dəyərləndirmək doğru deyil. Azərbaycanda indiyədək keçirilən və keçiriləcək seçkilərin ədalətli olmadığını iddia edən Anar Məmmədli ilk növbədə seçimlərin vaxtına "ilişib". O, bunu seçkilərin növbədənkənar qaydada keçrilməsi ilə bağlı əsaslı açıqlama olmaması ilə əlaqələndirir. Halbuki, bunun səbəbi dəfələrlə məntiqli və tutarlı şəkildə izah edilib. Əvvala bildirim ki, Bu seçkilər ilk növbədə Azərbaycan hakimiyyətinin Azərbaycan xalqı tərəfindən alınan sosial siyasi çağırışını və öhdəliyini yerinə yetirmək istəyidir. Belə ki, Azərbaycan üçün ilk növbədə maraqlı olan məsələ vətəndaşların maraqları və onların mənafeyidir. Azərbaycanın ən böyük siyasəti vətəndaşların maraqlarının və çağırışlarının təminatıdır. Bu seçkilərin də qayəsi budur. Bundan əlavə dünyada və qonşu ölkələrdə baş verən proseslər, növbədənkənar seçkilər mövcud qərarın qəbulunu vacib etdi. Məsələn, 12 mart 2022-ci ildə Türkmənistanda, 2022-ci ilin payızında Qazaxıstanda, 2023-cü il iyulunda isə Özbəkistanda növbədənkənar prezident seçkiləri təşkil edilib. Bu mənada rəsmi Bakının da analoji addımı atmasında qeyri-adilik yoxdur.

2013-cü ildə qanunsuz sahibkarlıq, külli miqdarda vergidən yayınma hallarına görə 3 aylıq həbs olunan Anar Məmməmdli Qərbdən gələn tapşırıqları ümumiləşdirib "monitorinq nəticəsi" kimi təqdim edib. Aydın məsələdir ki, onunla yanaşı digər "seçilmiş" şəxslərə də seçkilərlə bağlı Qərbdən eyni tezislər göndərilir. Onlar bu tezislər əsasında çıxışlar edərək Qərbin məqsədinin həyata keçirilməsinə yardım etmiş olurlar.

Xatırladaq ki, hələ 10 il əvvəl Azərbaycanın Baş Prokurorluğu Anar Məmmədli ilə bağlı təhqiqat aparmışdı.

"Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi" (SMDT) vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına dair Azərbaycan Respublikasının Vergilər və Maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə 29 oktyabr 2013-cü il tarixdə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla hüquqi qeydiyyatı olmayan "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nin həmtəsisçisi və sədri Anar Məmmədlinin Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

A.Məmmədliyə elan edilmiş ittiham bəzi beynəlxalq qurumların iddia etdikləri kimi onun siyasi fəaliyyəti ilə deyil, məhkəmənin qərarı əsasında Vergilər Nazirliyi yanında Vergi auditi departamentinin Xüsusi qərarlara əsaslanan audit şöbəsi, Maliyyə Nazirliyinin Dövlət Maliyyə nəzarəti xidməti və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən aparılmış yoxlama nəticəsində Baş Prokurorluğa təqdim etdikləri yoxlama materialları və digər sübutlar əsasında həyata keçirilmişdi

Bundan başqa, A.Məmmədliyə ittiham elan edilən andan onun müdafiə və digər hüquqları cinayət-prosessual qanunvericiliyinin tələblərinə riayət olunmaqla təmin edilmiş və bütün istintaq hərəkətləri istisnasız olaraq müdafiəçilərinin iştirakı ilə aparılmışdı.

10 il əvvəlki situasiya, deyəsən, indi də təkrarlanır. Belə ki, SMDT Azərbaycanda gələn ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı bəribaşdan az qala ultimativ bəyanat yayıb.

5 bəndlik bəyanat "Yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının siyasi məhbus hesab etdiyi şəxslər azad edilsin" və "Bütün siyasi partiyalara öz toplantı və yığıncaqlarını, habelə dinc etiraz aksiyalarını keçirmək hüquqları tanınsın" cümlələri ilə başlasa da, 3-cü bənddə A.Məmmədli gerçək istəyini ortaya qoyur: " Yerli və beynəlxalq QHT-lərin ölkədə sərbəst şəkildə fəaliyyətini əngəlləyən qanunlara demokratik dəyişikliklər edilsin, vətəndaş cəmiyyəti fəallarına qarşı təqiblərə son qoyulsun".

Bu tələbin A.Məmmədliyə onun ölkə xaricindəki "partnyorlar"ı tərəfindən məsləhət bilindiyi şübhə doğurmur, çünki postsovet məkanında "beynəlxalq QHT-lər" adı altında fəaliyyət göstərən strukturların əsl işləri məlumdur.

Anar Məmmədli də həmin təşkilatların Azərbaycanda rezidentura, kəşfiyyat, casusluq və ən əsası, daxili siyasi-sosial situasiyaya müdaxilə imkanlarına yiylənməsini istəyir.

Bəyanatın 5-ci bəndində isə "yorğun demokrat" Məmmədli vurğulayır: "Azərbaycan hakimiyyəti ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə Avropa Şurası Parlament Assambleyasına müraciət edərək, hər iki qurumun beynəlxalq seçki müşahidə missiyasını ölkəyə dəvət etsin".

Təklif deyil, amiranə tələbdir: "Etsin!"

Və bu tələb Anar Məmmədlini aşdığından yenə də xaricdəki "partnyor"ların dəst-xətti görünür.

Fəqət ki, siyasi-sosial proseslərə təsir imkanları 0-a barəbər Anar Məmmədli bilsin və xaricdəki rejissorları ilə ssenariçilərinə çatdırsın ki, Azərbaycan banan respublikasaı deyil.

"Etsin!", "Qoyulsun!" tipli amiranə tələblərlə həmin təşkilatların beyin mərkəzlərinin rəhbərləri və əslində, gerçək sahibləri yalnız öz qulluqçuları, xidmətçiləri ilə danışa bilərlər.

Ona da cürət edə bilsələr...

İslam

meqale.com