"Onların nə işlə məşğul olduğunu çox yaxşı bilirəm" - Mir Şahin

Ötən gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Obyektiv" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən hazırlanmış "Coğrafiya müəllimi" adlı qısametrajlı bədii-sənədli filmin təqdimat mərasimində Mir Şahin Ağayev illərlə müftəxorluğa öyrəşmiş "reket QHT"lərin fəaliyyətini sərt tənqid edib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, o, filmin müəllifi, tanınmış telejurnalist, QHT sədri Mübariz Əsgərova nümunəvi işinə görə təşəkkür edib:

"Mən Mübarizə təşəkkür etmək istəyirəm, birincisi, QHT sektoruna göstərdiyi çox yaxşı nümunəyə görə. Mən indiyəcən QHT-lərin - düzdür, içərilərində yaxşı işləri olanlar da olub - hansı konyunktura ilə hərəkət etdiklərini xatırlayıram. Əldə etdikləri vəsaitləri hara, hansı məqsədlə sərf etdiklərini xatırlayıram.

Bu gün QHT sektoru məhz "Obyektiv" Milli Dəyərlərin Təbliği İctimai Birliyi kimi bu cür işlərlə məşğul olmalıdır. Bir həmkar kimi sənə təşəkkür edirəm, Mübariz, düşünürəm ki, bu, çox yaxşı bir anonsdur, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə maliyyə alan QHT-lər də bundan bir nümunə götürməlidir. O ki qaldı təqdim edilən qısametrajlı bədii-sənədli filmə, mən çoxdan belə təəssürat almamışdım. "Coğrafiya müəllimi" mənim yadıma bir neçə coğrafiya epizodunu saldı".