“Onun bu hərəkəti hörmətsizlikdir” - Mehribanlar arasında qalmaqal

"İllərlə bu teatrın səhnəsində püxtələşmiş, müxtəlif obrazlarla tamaşaçıların sevgisini qazanmış sənətkarlar var. Belə olduğu halda, Mehriban Ələkbərzadənin başqa teatrdan aktrisa gətirməsi nə dərəcədə doğrudur? Bizdə aktrisa qıtlığı var?"

meqale.com xəbər verir ki, bu sözləri Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Mehriban Xanlarova kulis.az-a açıqlamasında deyib:

"1998-ci ildən bu günə qədər 27 ildir ki, Azdramada külüng vururam. Bu teatrın səhnəsində, kulisində, tamaşalarında keçən illərim mənim sənətə və Azdramanın dəyərlərinə bağlılığımı sübut edir. Bu səbəbdən hər hansı bir məsələ ilə bağlı öz fikrimi bildirmək haqqına sahibəm. Azdrama-da hər yaş qrupuna aid peşəkar aktyor və aktrisalar var. İllərlə bu teatrın səhnəsində püxtələşmiş, müxtəlif obrazlarla tamaşaçıların sevgisini qazanmış sənətkarlarımız var. Belə olduğu halda, Mehriban Ələkbərzadənin başqa teatrdan aktrisa gətirməsi nə dərəcədə doğrudur? Bizdə aktrisa qıtlığı var? Əlbəttə ki, yox!".

Onun sözlərinə görə, Mehriban Ələkbərzadənin başqa teatrlardan aktrisalar gətirməsi Akademik Milli Dram Teatrına illərini verən sənətçilərə hörmətsizlikdir: