“Orqan və muğam musiqisi axşamı” adlı konsert keçirilib - FOTO
Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyinə həsr olununmuş "Orqan və muğam musiqisi axşamı" adlı konsert keçirilib.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyinə həsr olununmuş "Orqan və muğam musiqisi axşamı" adlı konsert keçirilib.
Musiqili gecədə Bakı Xoreoqrafiya Akademiyasının nəzdindəki "Bakının ulduzları" adlı instrumental ansamblın (bədii rəhbər Lalə Hüseynli) müşayiəti ilə solistlər - Kənan Hüseynov (tar), Rəvan Əhmədov (klarnet), Nihad Mehdizadə (balaban), Məhəmməd Şərifzadə (qarmon), Emil Əhmədzadə (piano), Nihad Məmmədov (kamança), Nizami Mehdizadə (nağara) öz ifalarını dinləyicilərə təqdim edib. Həmçinin Rasimə Babayeva (orqan), Gülnar Mirqasım (orqan), Kənan Qasımzadə (xanəndə), Nigar Məmmədova (orqan) Cavad Məmmədov (piano, orqan) konsertdə iştirak edib.
Proqramda Azərbaycan bəstəkarlarının əsərləri və xalq musiqisi səslənib.