Osimhen bu astronomik təklifi düşünmədən RƏDD EDİB

"Napoli"dən icarəyə götürülən "Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhen çıxışı ilə Avropa nəhənglərinin diqqətini çəkib. 

Osimhen bu astronomik təklifi düşünmədən  RƏDD EDİB
"Napoli"dən icarəyə götürülən "Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhen çıxışı ilə Avropa nəhənglərinin diqqətini çəkib. 

Çoxlu təklif almasına baxmayaraq, mövsümü İstanbul klubunda başa vurmaq istədiyini davamlı söyləyən Osimhenin mövsüm ortası fasilədə Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasından gələn 40 milyon avroluq maaş təklifini rədd etdiyi öyrənilib. 

Yay transfer dönəmində "Qalatasaray"ın "Napoli"dən icarəyə götürdüyü Viktor Osimhen baxımlı oyun nümayiş etdirir. İstanbul klubunun 75 milyon avro sərbəst qalma müqabilində heyətinə qatmaq istədiyi Osimhen mövsüm boyu bir çox böyük klubdan təklif alıb. Bütün bunlara baxmayaraq, mövsümü qırmızı-sarı komanda ilə başa vurmaq istədiyini hər fürsətdə dilə gətirən nigeriyalı hücumçu mövsüm ortası fasilədə astronomik təklifdən imtina edib.