Ostinin xəstəliyi məlum oldu: xərçəng imiş

2023-cü ilin dekabrında mütəxəssislər ABŞ-ın müdafiə naziri Lloyd Ostinə prostat xərçəngi diaqnozu qoydular, o, əməliyyat olundu, yanvarın əvvəlində Pentaqonun rəhbəri ağırlaşmalara görə xəstəxanaya yerləşdirildi.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Merilənd ştatındakı Uolter Rid Tibb Mərkəzinin açıqlamasında deyilib.

Bildirilib ki, 2023-cü ilin dekabr ayının əvvəlində keçirilən müntəzəm müayinə zamanı Ostinə "müalicə tələb edən prostat xərçəngi" diaqnozu qoyulub. Bununla əlaqədar dekabrın 22-də o, "minimal invaziv" cərrahi əməliyyatı keçirib.

2024-cü il yanvarın 1-də Ostin dekabrın 22-də keçirilən prosedurdan yaranan fəsadlar səbəbindən Valter Rid Tibb Mərkəzinə aparılıb. İlkin müayinə zamanı sidik yollarının infeksiyası aşkar edilib.

Mütəxəssislər Ostinin tam sağalmasını gözlədiklərini, lakin bunun uzun proses olduğunu qeyd ediblər.