Otuz il əvvəl Füzulidə itkin düşən hərbçinin nəşi Salyanda dəfn edildi - VİDEO - FOTO
Birinci Qarabağ müharibəsində Füzulinin Kürdmahmudlu kəndində itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənddə Edilli kəndində aşkarlanan Atamoğlanov Əbülfət Sabir oğlunun nəşi Salyan rayonunun Kürsəngi kəndinə gətirilib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu gün orada şəhidlə vida mərasimi keçiriləcək.
Qeyd edək ki, Atamoğlanov Əbülfət Sabir oğlu 4.07.1967-ci ildə Salyan rayonunun Kürsəngi kəndinə anadan olub. 1993-cü il avqustun 31-də Füzulinin Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.