Otuza yaxın kəndin qazı kəsiləcək - YENİLƏNİB

19:11 Lənkəran rayonu ərazisində yerləşən "Hirkan" qazpaylayıcı stansiyasında istismarda olan qaz tənzimləyicisinin baypas xətti üzərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması məqsədilə 26 yaşayış məntəqəsini əhatə etməklə, ümumilikdə, 14 000-ə yaxın abonentin təbii qaz təchizatında fasilə yaranacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, sabah saat 10:00-dan etibarən Hirkan, Gərmətük, Aşağı Nüvədi, Xanbulan, Bürcəli, Mamusta, Parakənd, Daşdalıcəran, Səpnəkəran, Yuxarı Nüvədi, Türkəkəran, Moğonojba, Şürük, Şıxakəran, Xolmili, Vel, Siyavar, Kənarmeşə, Seydəkəran, Tütəpeştə, Bala Şürük, Sütəmurdov, Velədi, Şilim, Kosalar və Viyən kəndlərinin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

----------- 13:00 Sentyabrın 25-də Mingəçevir şəhəri və Yevlax rayonunun bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə meqale.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, "Mingəçevir" Qazpaylayıcı Stansiyasında (QPS) yenidənqurma işləri aparılmış şəhər qaz xəttinin mövcud sistemə qoşulması ilə bağlı qazın nəqlinin dayandırılması zəruriyyəti yaranacaq. Bununla əlaqədar sentyabrın 25-də saat 09:00-dan etibarən işlər başa çatanadək "Mingəçevir" QPS-dən qidalanan "Mingəçevir 1-ci xətt" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təzhizatının dayanması ilə əlaqədar (Mingəçevir şəhəri və Yevlax rayonun Tanrıqulular, Hürüuşağı və Borçalı kəndləri) 31 046 əhali abonenti və 515 qeyri-yaşayış obyekti, ümumilikdə 31 561 abonentinin qaz təchizatında fasilə yaranacaq.