Özəl parkinq qiymətləri artır
Paytaxtda bəzi ticarət mərkəzlərinin parkinq qiymətlərinin artdığı iddia olunur. Bir neçə mərtəbədən ibarət parkinqdə boş yer tapmaq isə müşkül məsələyə çevrilib.
meqale.com xəbər verir ki, məsələ ilə bağlı ekspert Eldəniz Cəfərov parkinqlərdə qiymət artımının yalnız özəl dayanacaqlara aid olduğunu, dövlətə məxsus parkinqdə isə qiymətlərin sabit qaldığını vurğulayır:
"Özəl şirkətlər şəhərdəki tıxac problemin nəzərə alaraq qiymətləri Nazirlər Kabinetinin təsdiq etdiyi zona bölgüsünə uyğunlaşdırmalıdır. Baxmayaraq ki, o parkinq yerləri özəldir, amma orada da fantastik qiymətlər tərtib edilə bilməz. Parklanmanın qiyməti 30 qəpikdən başlayaraq max. 1 manata qədər ola bilər. Özəl parkinq yerləri də bunları nəzərə almalıdırlar".
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, paytaxtda parklanma qiymətləri zonalara görə fərqlənir. Belə ki, mərkəz küçələrdə parkinq 1 manat, mərkəzdən kənar isə 30-70 qəpik arası dəyişir. Qərara görə isə bəzi ərazilərdə parkinq isə ödənişsizdir.